"Filmimiz mühacirlərin şəhəri necə gözəlləşdirdiyini izhar edəcək"

Your browser doesn’t support HTML5

Amerikanın Səsinin müxbiri Nərmin Zeynallının həmsöhbəti Nyu Yorkda yaşayan italiyan rejisor Andrea Nasutodur. Andrea İtaliyada keçiriləcək festivalda Nyu Yorku təmsil edəcək. Andreanın hazırladığı film-proyektin adı “Çox uzaqkən, çox yaxın”-dır. Bu proyekt İtaliyada yaşayan immiqrantlara həsr olunub.

Dünyanın çox yerində olduğu kimi, İtaliyada da mühacirlərin sayı getdikcə artır. Həmçinin xeyli yerli camaat da İtaliyanın kiçik şəhərlərdən böyük şəhərlərə köçür. Bunun nəticəsində öllkənin cənubunda xeyli tərk edilmiş boş şəhər var.

İtalyadakı milliyətçi partiyalar ölkənin bütün problemlərini immiqratnların boynuna yıxmağa çalışır. Bu bəhanə ilə də insanları əsl problemləri görməkdən yayındırırlar.

Statistikaya görə, son dörd ildə 1.5 milyon insan İtaliyadan xaricə köçüb. Son beş ildə isə, 650,000-dən çox immiqrant dəniz yolu ilə İtaliyaya gəlib.

Film bu məsələni işıqlandırır. Andrea filmində təklif edir ki, İtaliyaya gələn imiqrantlar həmin tərk edilmiş şəhərlərə yerləşdirilsin. Beləliklə, bu şəhərlər də yenə canlanacaq və öz missiyasını yerinə yetirəcək. Ola bilsin, böyük şəhərlərdəki qarışıqlığa da son qoyulacaq.

Rejissorun məqsədi mesajını dövlətə çatdırmaqdır və bunu incəsənətin köməyi ilə sivil yolla etməyə çalışır:

“İtalyadakı milliyətçi partiyalar ölkənin bütün problemlərini immiqratnların boynuna yıxmağa çalışır. Bu bəhanə ilə də insanları əsl problemləri görməkdən yayındırırlar. Sənətçi olaraq bizim məqsədimiz həqiqətləri işıqlandırmaqdır. İşimiz təkcə tənqid etmək deyil, həm də çıxış yolu təklif etməkdir. Proyektimiz Monte Sant’Angelo şəhərində baş tutacaq. Hazırladığım əsl filmdən bir az fərqlidir. Çünki filmin pavilyonu üçün şəhərin özündən istifadə edəcəyik. Tərk olunmuş evlərin divarlarına əsl imiqrantların şəklini həkk edəcəyik. İnsanlar hər şəkilə yaxınlaşanda öz telefonunda multimediyaya keçid alacaqlar və filmin parçalarını bu yolla izləyəcəklər. Bu filmlə şəhərin imiqrantların köməyi ilə necə gözəlləşə biləcəyini nümayiş edəcəyik," o deyir.