Bazar günü Filippinin iki vilayətində pis hava şəraiti səbəbi ilə qəzaya uğrayan 3 qayıqdakı insanlardan 25-i ölüb, 6 nəfər itkin düşüb.
Polisin bildirdiyinə görə, insanların ölümünə küləyin yaratdığı güclü dalğalar səbəbi ilə qayığın aşması yol açıb. 55 nəfər və qayıq heyəti xilas edilib.
3-cü qayıqda sərnişin olmayıb. 4 qayıq heyəti xilas edilib.
Xilas olanlar yolun yarısında qaranlıq çökdüyünü, güclü külək və yağışın qayıqları aşırdığını bildirib.
Rəsmilər 3-cü qayığın iki qayığın aşmasından sonra niyə suya çıxdığını müəyyən etməyə çalışır.
Sinoptiklər ağlr yağışlar barədə xəbərdarlıq yaymışdı.
Filippində hər il 20-yə yaxın qasırğa baş verir.