Filippin prezidenti xərçəng testinin nəticəsini gözləyir

Filippin prezidenti Rodriqo Düterte deyib ki, onda xərçəng xəstəliyi ola bilər və o, son təhlillərin nəticələrini gözləyir.

Cümə axşamı paytaxt Manilada etdiyi çıxışında prezident həkimlərin ona həzm sistemi və bağırsağında hər hansı bir dəyişiklik olub-olmadığını müəyyən etmək üçün analizləri təkrar etməsini məsləhət gördüyünü deyib.

Filippin Milli Akademiyası məzunları və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri qarşısında çıxış edən 73 yaşlı Düterte deyib ki, əgər onda xərçəng aşkar edilərsə, o, müalicəni dayandıracaq və ağrı çəkməyəcək.

Son zamanlar prezident Dütertedə ciddi xəstəlik olduğu barədə şaiyələr dolaşır.