Vinston qasırğası Fici adasında 42 nəfərin ölümünə səbəb olub

Beynəlxalq yardım agentlikləri Sakit okeanın cənubunda Vinston qasırğasının təsirinə məruz qalmış Fici adasında təcrid olunmuş yaşayış ərazilərinə yardım çatdırmağa çalışır. Qasırğa nəticəsində 42 nəfərin öldüyü bildirilir.

Bundan əvvəl rəsmilər ölənlərin sayının 29 olduğunu ehtimal edirdi. Yardım dəstələri 300 ada arxipelaqına çatmağa başlayıb.

Vinston qasırğası nəticəsində çox sayda ev dağılıb, minlərlə ficili evsiz qalıb və evakuasiya sığınacaqlarına üz tutmaq məcburiyyəti qarşısında qalıb.

5-ci kateqoriyya aid edilən qasırğa keçən həftə Ficinin əsas adası olan Viti Levu-da leysana səbəb olub. Burada küləyin sürəti saatda 300 kilometrə çatıb olub. Bu, Cənub yarımkürəsində indiyədək qeydə alınmış ən güclü siklon hesab edilir.

Vinston arxpelaq boyu güclü daşqına səbəb olub və yardım işçiləri arasında Dengi qızdırması və Zika virusu kimi ağcaqanad vasitəsi ilə keçən xəstəliklərin yayıla biləcəyinə dair narahatlıq yaradıb.

Ficidə 30 gün müddətində təbii fəlakət elan edilib.