FIFA prezidenti sorğu-sual edilir

Vəzifəsindən kənarlaşdırılmış sabiq FIFA prezidenti Sepp Blatter bu gün qlobal futbol təşkilatının əxlaq komissiyası qarşısında rüşvət alması ilə əlaqədar sualları cavablandırır.

Blatter FIFA-nın İsveçrənin Zürix şəhərində yerləşən baş qərərgahında onu sorğu-sual edən dörd hakimə günahsız olduğunu deməsi gözlənilir.

Hakim 2011-ci ildə Blatter FIFA-nın büdcəsindən təşkilatın prezidenti Mişel Platinə 2 milyon dollar ödəməsinin rüşvət qarşılığında olub-olmamasını nəzərdən keçirir.

Platinin məsələsinə dair dinlənmələr cümə günü keçiriləcək. Platini vəzifəsindən kənarlaşdırılmasının namizədliyinin FIFA prezidentliyinə irəli sürməsinə mane olan siyasi manevr adlandırıb.