FIFA futbol federasiyası korrupsiyada ittiham edilib

ABŞ-ın korrupsiyaya qarşı federal idarəsi dünya miqyasında futbol oyunlarının idarə olunduğu FIFA futbol federasiyasının hazırkı və sabiq yüksək rütbəli rəsmilərinə qarşı ciddi iddialarla çıxış edib.

İdarə 2018 və 2022-ci illərdə Dünya Kuboku uğrunda oyunların keçiriləcəyi ölkələri müəyyən edən rəsmilərlə bağlı İsveçrə rəsmilərinin ayrıca təhqiqatlar aparacağını elan edib. Bir neçə FIFA rəsmisi Sürixdə həbs edilib.

ABŞ 14 nəfəri reket, maliyə transaksiyaları, pulların yuyulması da daxil olmaqla 47 maddə üzrə ittiham edir. Prokurorlar deyib ki, bu sxemaya çempionatlarda reklam hüquqlarının verilməsi qarşılığında idman media rəsmilərinin 150 milyon dollardan çox pul verdikləri və ya verməyə razılaşdıqları haqda faktlar daxildir.

Ədliyyə Nazirliyi bunu beynəlxalq futbol oyunlarında korrupsiya vasitəsi ilə 24 il ərzində zənginləşmə sxemi adlandırıb.

Sürix rəsmiləri tərəfindən həbs edilən yeddi FIFA rəsmisinin ABŞ-a ekstradisiya ediləcəyi gözlənilir. ABŞ rəsmiləri Mayamidə daha da çox axtarış əməliyyatları aparır və Ədliyyə Nazirliyi məsələ ilə əlaqədar əlavə dörd nəfərin günahkar olduqlarını etiraf etdiklərini bildirib.

ABŞ baş prokuroru Loretta Linç bunu nəzarətsiz, sistemli şəkildə və dərin köklü korrupsiya halı adlandırıb.

O deyib ki, vəzifədən sui-istifadə edərək rüşvət alma yolu ilə milyonlarla dollar mənimsəmə hallarında futbol rəsmilərinin iki nəsli iştirak edib.