Kubanın sabiq prezidenti, kommunist lider Fidel Kastronun böyük oğlu cümə axşamı intihar edib. Fidel Kastro Diaz-Balartın 68 yaşı var idi. O, bir neçə ay idi ki, depressiyadan müalicə olunurdu.
Kastro Diaz-Balartın ölümü dövlət televiziyasından elan edildi. O, Kuba Elmlər Akademiyasının vitse-prezidenti idi. Kastro Diaz-Balart həmçinin on ildən çox müddət ərzində Kubanın nüvə proqramına rəhbərlik edib.
Kastro Diaz-Balart atasının xatirəsinə Fidelito və kiçik Fidel kimi də tanınırdı.