FİFA İrana güzəştə getdi

FİFA İrana güzəştə getdi

Təşkilat komandanın dini baş örtüyü olan hicabla meydana çıxmasına qadağa qoymuşdu

Dünya futbol assosiasiyası FİFA İranın qadınlardan ibarət yığma komandasına güzəştə gedərək onların bu ilin avqust ayında Sinqapurda Gənclər arasında keçiriləcək Olimpiyadada iştirakına icazə verib. FİFA komandanın dini baş örtüyü olan hicabla meydana çıxmasına qadağa qoymuşdu. Ümumiyyətlə isə təşkilat 2007-ci ildə təhlükəsizliyə və meydançada hansısa siyasi və dini məqsədli baş örtüklərinin istifadəsini qadağan etmişdi. Ancaq FİFA İran Futbol Federasiyası və ölkənin Milli Olimpiya Komitəsi ilə razılığa gəlib ki, qadın oyunçular hicab əvəzinə papaq taxsınlar. Bu papaqlar futbolçuların yalnız saçlarını örtəcək.