Maykl Braunun ailə üzvləri Ferquson sakinlərini sakitliyə çağırıb

Missuridə qətlə yetirilmiş Maykl Braunun ailə üzvləri münsiflər məhkəməsinin onu güllə ilə vurmuş polis zabitinin günhkar olmadığı barədər qərar çıxarmasından sonra Feerquson sakinlərini sakitliyə çağırıb.

Maykl Braunun anası vəkillər və ruhani El Şarptonla bərabər Ferquson şəhərinin kilsəsinə gəlib. Vəkillər onun adından danışıblar.

Vəkil Bencamin Kramp deyib ki, ailəni müdafiə edən hüquqşünaslardan ibarət qrup münsiflər məhkəməsinin polis zabiti Darren Vilsonun günahkar olmaması barədə çıxardığı qərarla razı olmadığını ictimaiyyətə çatdırıb. Vəkil qərarın tamamilə ədalətsiz bir qərar olduğunu deyib.

Lakin bununla bərabər vəkil Maykl Barunun ailə üzvlərinin Ferquson şəhərində məhkəmənin qərarının oxunmasından sonra başlayan zorakılıqları qınadığını bildirib.