ABŞ şəhəri Ferqusonda irqlərarası gərginliklər

Maykl Braun adlı gəncin polis tərəfindən güllələnməsi kütləvi etiraz aksiyalarına təkan verib

ABŞ-ın mərkəz hissəsində yerləşən Missuri ştatı, Sent Luis qraflığının Ferquson qəsəbəsinin sakinləri özlərini “azad seçim əsasında formlaşmış icma” adlandırırlar. Buranın ağ əhalisinin bir çox nümayəndəsı Ferqusonda yaşamağı məhz buradakı irqi müxtəlifliyə görə seçdiklərini bildirirlər. Ona görə də, burada avqust ayında küçə qarşıdurması zamanı ağdərili polis zabitinin silahsız afro-amerikalı yeniyetməni qətlə yetirməsi və bu qətlə etiraz olaraq baş verən zorakılıqlar onları sarsıtmışdır. İndi bir çoxları bu vəziyyətdən çıxış yolu axtarırlar. Bəzi yerli kilsələr danışıqlarda aparıcı rol oynamaqdadırlar .

Mən düşünürəm ki, burada insanların dəyişiklik etmək arzuları var, lakin insanlar nə edəcəklərini tam bilmirlər.

Ferqusonda yerləşən Velspring kilsəsinin keşişi Villis Conson bazar günü keçirilən ibadət mərasimini avqust ayında baş verən bu hadisəyə - Maykl Braunun faciəvi ölümünə - həsr edib. O, mərasim keçirilmə qaydasını dəyişərək kilsədə ibadətə gələnləri ayağa qalxıb, bir-birlərini qucaqlamağa səsləyib. Conson, icma üzvlərini çətin də olsa bir-birləri ilə, bu hadisə barədə danışmağa çağırıb.

“İnsanlara nə düşünəcəklərini, yaxud nəyi necə edəcəklərini demək mənim işim deyil. Lakin mən inanıram ki, - və hər gün keşişlər heyətində də belə edirəm - insanlar sadəcə bu məsələ haqqında yox, digər humanitar məsələlər haqqında da düşünməlidirlər və bir şeylər etməlidirlər.”

Nümayişçilər Missurinin Kleyton şəhərində yürüş keçirir. 17 noyabr, 2014.

Onun konqreqasiyası digər kilsələrlə və yaxınlıqda yerləşən məktəblərlə birləşib Braunun ölümündən sonra yerli icmaya kömək etməyə çalışırlar. Keşiş Conson həmçinin bu məsələ ilə bağlı nəyi necə edəcəklərini düşünən insanlara yol göstərməyə çalışır. Bu insanlardan biri də Keyti Turnbuldur.

“Mən düşünürəm ki, burada insanların dəyişiklik etmək arzuları var, lakin insanlar nə edəcəklərini tam bilmirlər.”

Törnbul Consonun kilsəsinə xüsusi olaraq Braunun məsələsini müzakirə etmək üçün gəlib.

“Buraya gəlmək mənə fərqli perspektivləri anlamağa kömək edir və mən düşünürəm ki, biz hamımız bir-birimizə əlimizi uzatmalıyıq və insanların bu məsələ ilə bağlı hisslərini anlamalıyıq.”

Turnbul bu icmada bu məsələnin həllini tapmağa çalışan yeganə insan deyil. Lakin keşiş Conson hər kəsin dünyagörüşünün geniş olmamağından qorxur.

“Mən qorxuram ki, insanların düşüncələri nəzərə alınmır, onlar bir-birlərini anlamağa çalışmırlar, bizim tədbirlərimizin məqsədlərini də anlamırlar. Bu hər iki tərəfə aiddir.”

Ferquson icmasındakı fərdi şəxslər və kiçik qruplar həvəsli görünürlər və dərin irqi və sosial-iqtisadi bərabərsizlik probleminin aradan qaldırılmasında iştirak etmək istəyirlər. Lakin həm Turnbul həm də keşiş Conson düşünürlər ki, bu məsələ ilə bağlı müzakirələr lazımı qədər geniş yayılmayıb. Onlar həmçinin inanırlar ki, belə bir nəticənin qısa zamanda əldə edilməsi mümkün deyil.

Lakin dərin, vaxtından çox davam edən intensiv işlər və müzakirələr uzun vaxt aparacaq. Biz bu yolda çox əziyyət və cəfa çəkəcəyik.

“Lakin dərin, vaxtından çox davam edən intensiv işlər və müzakirələr uzun vaxt aparacaq. Biz bu yolda çox əziyyət və cəfa çəkəcəyik."

Ferqusonda çox insan deyir ki, onlar silahsız yeniyetmənin ölümünün əbəs olmadığına və müəyyən dəyişikliklər nəticəsində icma üzvləri və polis məmurları arasında fərqli münasibətlərin yaranacağına ümid edirlər.