Fermerlər traktorları ilə Avropa Parlamenti qarşısında

Your browser doesn’t support HTML5

Fransa, Almaniya və digər ölkələrdən olan fermerlər ətraf mühit fəalları ilə birgə Avropa Parlamenti qarşısına toplaşıb. Onlar Avropa İttifaqının ümumi kənd təsərrüfatı siyasətinə etiraz edir. Orqanik məhsul istehsal edən kiçik fermerlərə dəstək və ətraf mühitin qorunması üçün daha ciddi tədbirlər görülməsi nümayişçilərin əsas tələbləridir.