Fərahim İlqaroğlu xəsarət alıb
Bu gün səhər saatlarında "Yeni Müsavat" qəzetinin reportyoru Fərahim İlqaroğlu evinin qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalist xəsarət alıb.
Musavat.com saytının məlumatına görə İbrahimoğlu deyib ki, yaşadığı evin blokundan çıxarkən tanımadığı bir şəxs ona qəflətən hücum edib. "Blokdan çıxan kimi bir nəfər tanımadığım şəxs məni çağırdı. Dayandım. "Burada yaşayırsan", deyə soruşdu. Təsdiq etdim. Qəflətən boğazımdan yapışıb, digər əli ilə vurmağa başladı. Eyni anda məni bloka doğru itələdi. Bir neçə zərbədən sonra əlini cibinə atdı. Bıçaq çıxartdı. Anladım ki, məni vuracaq. Çırpındım, əlindən çıxdım. Bu anda qonşu evindən çıxdı. Qışqırdı ki, "nə edirsən". Həmin adam dərhal qaçdı", jurnalist bildirib.
F.İlqaroğlu əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını isə tanımır.
Hadisə nəticəsində jurnalist üz nayihəsindən zədələr alıb, dişi sınıb, dodağı partlayıb.
İki gün öncə reportyorun avtomobili də vurulub. O avtomobilinin digər avtomobil tərəfindən vurulmasını videoya almışdı.
Sayt yazır ki, jurnalistə sui-qəsd edən şəxs yaxınlıqdakı müşahidə kamerası tərəfindən görüntülənib. Nizami rayon 12-ci polis bölməsində araşdırma aparakən polislər hadisə anının əsas yola quraşdırılmış Dövlət Yol Polisinin kamerası tərəfindən qeydə alındığını müəyyənləşdirib.
Sui-qəsdçi başında papaq, əynində qırmızı rəngli köynəyi olan naməlum şəxsdir.
Hazırda polis araşdırmalarını davam etdirir.