İsrailin təhlükəsizlik işçisi bıçaqlama hadisəsində ciddi yaralanıb

İsrail polisi bildirib ki, ticarət mərkəzində fələstinlinin törətdiyindən şübhələnilən bıçaqlama hadisəsində təhlükəsizlik işçisi ciddi yaralanıb.

Polis bəyanatında deyilir ki, İordan çayının qərb sahilindəki Maaleh Adumim adlı yaşayış məntəqəsində ticarət mərkəzinə çatan polis təhlükəsizlik işçisinin çox sayda bıçaq yarası almış və yerdə uzanmış halda aşkar etdildiyini bildirib.

Bəyanatda deyilir ki, insident fələstinlilərin “milliyyətçi motivli hücumu” olduğundan şübhələnilir.

Polis deyib ki, təcavüzkar hadisə yerindən qaçıb və indi axtarış əməliyyatı aparılır.

Bazar gününədək fələstinlilərin əraziyə buraxılmasına qadağa qoyulub.