ABŞ fələstinlilərin yeni baş nazir seçimini alqışlayıb

ABŞ Fələstinin yeni baş nazirini alqışlayaraq, seçimin ağır, lakin imkanlar vaxtına təsadüf etdiyini bildirib.

Fələstinlilərin prezidenti Mahmud Abbas İordan çayının qərb sahilində Fələstinlilərin Nazirlər Kabinetinə Nablus universitetinin professoru Rami Həmdallahın rəhbərlik etməsini və ondan yeni kabinetin təşkilini istəyib.

Əl-Nəcah universitetinin prezidenti sabiq baş nazir Salam Fəyyadı əvəz edəcək. Aprel ayında istefa verən baş nazir Fəyyadın Mahmud Abbasla sözü tutmurdu.

Mahmud Abbasın Fətah partiyasının üzvü Həmdallah Fələstinin Səhm Birjasının rəhbəri və Mərkəzi Seçki Komissiyasının sədridir.