FIFA Fələstin Futbol Federasiyasının rəhbərini bir il müddətində futbol matçlarında iştirakını qadağan edib. Buna səbəb, onun Argentina yığmasının İsrail ilə futbol matçı keçirməsinin qarşısını almaq kampaniyası çərçivəsndə Lionel Messiyə ünvanlanmış nifrət və zorakılıq mesajı olub.
FIFA-nın Fələstin Futbol Federasiyasının prezidenti Cibril Rajuba qarşı qərarına səbəb, onun iyun ayında Argentina yığmasının Qüdsə səfəri ilə bağlı bəyanatları olub.
“Racub futbol azarkeşlərini Argentina yığmasının formaları və Lionel Messinin şəkillərini yandırmağa çağırıb.” – deyə FIFA-nın bəyanatında bildirilir.
FIFA intizam qaydalarına müvafiq olaraq nifrət və zorakılığa çağırışa görə qaydalarda müəyyən edilmiş minimum cəza tətbiq edib. Bu qərar Racubun futbol matçlarında iştirakını və matçlar günü stadion yaxınlığında mətbuat ilə ünsiyyətinin qarşısını alır. Bununla bərabər, Fələstin Futbol Federasiyasının prezidenti 20,000 İsveçrə frankı (20,300 ABŞ dolları) məbləğində cərimə edilib.
Qadağa növbəti ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyində keçiriləcək Asiya Kubokuna və 2022-ci il Dünya Kubokunun kvalifikasiya mərhələsi matçarına şamil ediləcək.