Günün fotoları

Myanma - Mandalay şəhərində nümayişçilər üzərində həbsdə olan lider Aung San Suu Çinin şəkli olan nəhəng plakatın qarşısında oturaraq çevriliş əleyhinə etiraz aksiyası keçirir.

Myanma - Polis və təhlükəsizlik qüvvələrinin fevralın 1-də baş vermiş çevrilişə etiraz edən nümayişçilərə atəş açması nəticəsində ölən gənc etirazçı Mya Thvet Khinenin tabutu Naypyitav şəhərinin qəbiristanlığına aparılır.

Hindistan - Fermerlər və kənd təsərrüfatı işçiləri ölkənin şimalındakı Pəncab ştatında Barnala şəhərində fermerlik qanunlarına qarşı keçirilən mitinqdə iştirak edirlər.
 

Tunis - Doktor Məhəmməd Salah Siala ölkənin şərqində Sfaks şəhərinin xəstəxanasında COVID-19 xəstəliyinə tutulmuş xəstələrin müalicə edildiyi palatada xəstələr üçün skripkada musiqi ifa edir.

Nigeriya - Xilasedicilər və insanlar Abujada Abuja hava limanının enmə zolağına yaxınlaşarkən qəzaya uğrayan hərbi hava qüvvələrinin təyyarəsinin dağıntılarının olduğu yerin yaxınlığında toplaşıblar.

İndoneziya - Cakarta şəhərində güclü yağışların yağmasından sonra insanlar su basmış yerdə üzür.

Nederland -  Amsterdam şəhərində yüzlərlə insan koronavirus məhdudiyyətləri və komendant saatına etiraz edir.

Avstraliya - Serbiyalı Novak Cokoviç Melburn şəhərində Avstraliya açıq tennis çempionatında kişilər arasında təkbətək finalda Rusiya idmançısı Daniil Medvedevi məğlub etdikdən sonra Norman Brooks Challenge kubokunu öpür.

İspaniya - Kastellar de la Fronterada heyvan xilasetmə mərkəzi zooparkında ağ tovuz quşu

Arizona - Səyahətçilər Finiksdə Papaqo Parkda zirvədən günəşin batmasını izləyir.

İtaliya - Norveçli Sebastian Foss Solevaag Kortina Dampezzo şəhərində keçirilən Dünya Çempionatında kişilər arasında xizək yarışlarında finiş xəttini keçir.