ABŞ-da açıqlanmış yeni hesabatda silahlı hücumların sayının artdığını deyilir

Federal Təhqiqatlar Bürosunun açıqladığı yeni hesabatda son on ildə Birləşmiş Ştatlarda kütləvi silahlı hücumların sayının artdığı bildirilir.

Agentliyin çərşənbə günü açıqladığı hesabatda 2000-ci və 2013-cü illər arasında 160 silahlı hücumun qeydə alındığı göstərilir.

Aktiv silahlı hücum hesabatda bir nəfərin böyük bir qrupa atəş açması nəticəsində birdən çox insanın öldürməsi və ya öldürməyə cəhd göstərməsi kimi səciyyələndirilir.

2000-ci və 2007-ci illər arasında aktiv silahlı hücumlar 6.4 faiz təşkil etdiyi halda, 2007-ci ilə 2013-cu illər arasında bu göstərici 16.4 faizə qalxıb.

50 ştatdan 40-da hücumlar zamanı 1000-dən çox insan öldürülüb və ya yaralanıb.

Hücumların çoxu bir nəfər tərəfindən törədilərək məktəblərdə və ticarət obyektlərində baş verib. Məktəblərdə baş verən cinayətlərin çoxunun şagirdlər tərəfindən törədildiyi və cinayətkarların yalnız altısının qadın olduğu deyilir.

Rəsmilər bu kimi cinayətlərin sayıın artmasını əvvəlki hücumun təqlid edilməsi fenomeni kimi izah edir. Onlar baş verən hücumların yeni cinayətlərə yol açdığını bildirib.