Xədicə İsmayılova: Ay, nə gözəl... nəhayət mənim də hansısa hüququm var [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Xədicə İsmayılova: Ay, nə gözəl, nəhayət mənim də hansısa hüququm var (Vəkil ilə müsahibə)

Vəkil Fariz Namazlının Amerikanın Səsinə müsahibəsi

Vəkil Fariz Namazlı Amerikanın Səsinə müsahibəsində jurnalist Xədicə İsmayılovaya qarşı cinayət işinin yekunlaşması, jurnalistin cinayət işi ilə bağlı qeydləri və ictimaiyyətə mesajlarından danışıb.

Amerikanın Səsi: Jurnalist Xədicə İsmayılovaya qarşı cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqın yekunlarını necə qiymətləndirirsiniz?

Çox güman ki, iş məhkəməyə getdikdən 20 gün və ya bir ay ətrzində məhkəmə prosesi başlayar.

Fariz Namazlı: Xədicə İsmayılovaya qarşı 3 ayrı-ayrı ittiham irəli sürülmüşdü. Bunlardan biri 2014-cü ilin fevralında (dövlət sirrinin yayılmasına görə) başlanmışdı. İkinci cinayət işi Tural Mustafayevin şikayəti əsasında (özünü öldürmə həddinə çatdrıma) başlandı, yəni həmin ittiham üzrə həbs olundu. Bu ilin fevralında isə ona əlavə olaraq AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı yeni ittihamlar verildi. Hazırda cinayət işinin istintaqı yekunlaşıb. Biz iş materialları ilə tanış olarkən məlum oldu ki, dövlət sirrini təşkil etmə maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam veriblər. Amma, digər maddələrlə bağlı ittihamlar qüvvədə qalır. Hazırda cinayət işinin materialları ilə tanışlıq mərhələsidir. Güman ki, bu həftə tanışlıq bitəcək, daha sonra prosedur qaydasına uyğun olaraq bizim vəsatətlər olacaq. Vəsatətlərin təmin olunub-olunmamasından asılı olmayaraq növbəti prosesual addımlar həyata keçiriləcək. Çox güman ki, iş məhkəməyə getdikdən 20 gün və ya bir ay ətrzində məhkəmə prosesi başlayar.

Amerikanın Səsi: Necə qiymətləndirirsiniz?

15 cildlik cinayət işidir. Bu cildlərdə Xədicə İsmayılovanın təqsirini təsdiq edəcək hər hansı bir sübut yoxdur.

Fariz Namazlı: İş materialları ilə bağlı ayrı-ayrı detallara varmaq düzgün deyil. Çünki bu, istintaq sirrinin yayılmasına səbəb ola bilər. Ümumilikdə qeyd edim ki, 15 cildlik cinayət işidir. Bu cildlərdə Xədicə İsmayılovanın təqsirini təsdiq edəcək hər hansı bir sübut yoxdur. Yəni ümumi sözlərdir, konkret bir nəfər şəxsin ifadəsi əsasında qurulmuş bir ittihamdır. Bildiyiniz kimi o da sonda öz şikayətindən imtina edib.

Amerikanın Səsi: Xədicə İsmayılova istintaq materillarına xüsusi qeydlər edibmi? Fikri nədir?

Fariz Namazlı: Xədicə İsmayılova elə bir insandır ki, hər bir məsələdə pozitiv, müsbət nöqteyi nəzərdən xüsusi mənalar axtarır. Yəni, həbs olunduqdan indiyədək hər hansı iş materialları ilə tanış olanda, protokollara qeyd edəndə hər zaman ora öz xüsusi bir, yəni müsbət bir aurasını göstərib. İş materiallarında belə qeydlər çoxcsaylıdır.

Amerikanın Səsi: Məsələn...

Və ya vəsatət verir, vəsatət təmin olunmur, yazır ki, çox təəssüf və qəmli işarəsi qoyur.

Fariz Namazlı: Məsələn, ona bildirirlər ki, sizin iş materialları ilə tanış olmaq hüququnuz var. O yazır: Ay, nə gözəl- nəhayət mənim də hansısa bir hüququm var və ya mənim hüququm prokurorluq tərəfindən tanınır. Və ya vəsatət verir, vəsatət təmin olunmur, yazır ki, çox təəssüf və qəmli işarəsi qoyur.

Amerikanın Səsi: Səhhəti necədir?

Fariz Namazlı: Səhhəti ilə bağlı hələ bir şikayəti olmayıb. Həbs edildikdən sonra və indiyədək də bir şikayəti olmayıb.

Amerikanın Səsi: Jurnalistin yerli və beynəlxalq ictimaiyyətə çatdırılası bəyanatları varmı?

Hər zaman da jurnalistlərdən xahiş edir ki, araşdırma yazıları yazsınlar.

Fariz Namazlı: O jurnalist olduğuna və araşdırma yazılar yazdığına görə həbs olunub. Hər zaman o məhkəmə proseslərində də bildirir ki, mən məhz yazılarıma görə həbs olunmuşam, mən həbs olunsam da o yazılar yazılacaq. Hər zaman da jurnalistlərdən xahiş edir ki, araşdırma yazıları yazsınlar.

Amerikanın Səsi: İndiki anda jurnalistin həbsdən azad edilməsi üçün imkanlar varmı?

Bizim vəsatətlər heç zaman təmin olunmayıb. Məhkəmə də xüsusi bir səbəb göstərməyib ki, nəyə görə Xədicə İsmayılova həbsdə qalmalıdır.

Fariz Namazlı: İndi, o barədə konkret bir söz demək olmaz. Təbii ki, məhkəmə prosesində bizim verəcəyimiz vəsatətlərdən biri işin icraatına xitam verilməsi, ev dustaqlığı qətimkan tədbirinin seçilməsi olacaq. Amma, ümumi istintaq dövründə biz dəfələrlə vəsatətlər qaldırmışdıq ki, ev dustaqlığı qətimkan tədbiri seçilsin. Bizim vəsatətlər heç zaman təmin olunmayıb. Məhkəmə də xüsusi bir səbəb göstərməyib ki, nəyə görə Xədicə İsmayılova həbsdə qalmalıdır. Bu vəsatətlər məhkəmə proseində də davam etdiriləcək və çox güman ki, vəsatətlərimiz məhkəmə prosesində də təmin olunmayacaq.