Ərəb Liqası Fələstinin dövlət kimi tanınmasına çalışır

Ərəb ölkələri yaxın zamanda BMT-də Şərqi Qüdsün paytaxtı olmaq şərti ilə Fələstinin dövlət kimi tatnması üçün diplomatik səylərini artırmağı düşünür.

Bunu İordaniyanın xarici işlər naziri Əyman Səfadi bildirib.

6 ərəb dövləti Əmmanda görüşərək, Ərəb Liqasının ABŞ prezidenti Donald Trampın Qüdsu İsrailin paytaxtı kimi tanıması qərarından sonrakı addımları müzakirə edib. Trampın qərarı ABŞ-ın Yaxın Şərqdəki siyasətini alt-üst edib.

Misir, Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, fələstinlilər və İordaniya Ərəb Liqasının təcili toplantısını keçirib.

Liqa bildirib ki, bu addım regionda zorakılıqların yayılmasına səbəb olacaq. Qurum Trampın qərarını beynəlxalq qanunlara zidd adlndırıb.

Səfadi deyib ki, nazirlər bu ayın sonunda bütün dövlərin nazirləri səviyyəsində görüş keçirməlidir.

O, görüşün vaxtı və ya bunun BMT-nin Təhlqkəsizlik Şurasının bəyanatına əsasən keçiriləcəyi barədə məlumat verməyib.

Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt bildirib ki, nazirlərin görüşü zamanı üzv ölkələr Vaşiqntonun Ərəb-İsrail sülh prosesindəki gələcək rolunun nə ola biləcəyini müzakirə edəcək. O, ABŞ-ın İsrailə qarşı qərəzli olmasını bu prosesi şübhə altına aldığını deyib.

ABŞ prezidenti Donald Trampın Qüdsu İsrailin paytaxtı kimi tanıması qərarı həm ərəb dünyası, həm də Qərbin narahatlıqları ilə qarşılanıb.