Əbdül Əbilov narkotik ittihamı ilə tutulub. Daxili İşlər Nazirliyi onun Facebook fəalı olmadığını bildirir
“Facebook” fəalı Əbdül Əbilov noyabrın 25-də narkotik ittihamı ilə həbs edilib. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Əbilovun ailəsi bildirib.
Ailə üzvlərinin dediyinə görə, Əbilov Facebook-da“Yaltaqlara dur deyək” səhifəsi yaradəb və o saxlanandan sonra səhifə bağlanıb.
Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə Əbdül Əbilovun narkotik istifadəçisi olduğunu bildiriblər.
“Polis əməliyyat məlumatları əsasında onu saxlayıb. Hal şahidlərinin iştirakı ilə axtarış aparılıb üstündən və evindən heroin götürülüb. O özü də narkotik istifadəçisi olduğunu etiraf edib. Vəkillə təmin edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”, mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə Amerikanın Səsinə bildirib.
Mətbuat xidməti Əbilovun Facebook fəalı kimi təqdim edilməsi ilə razılaşmır.
“Əbdül Əbilovun Facebookla əlaqələndirilməsi, işin siyasiləşdirilməsi düzgün deyil və yolverilməzdir. Onun yaxınları ictimai diqqəti cəlb etmək, törətdiyi əməldən diqqəti yayındırmaq üçün bu cür müdafiə yolu seçib”, deyə Orxan Mənsurzadə qeyd edib.
Facebook-da axtrış sistemində Əbdül Əbilovun səhifəsi tapılmır. Google axtarış sistemində “Yaltaqlara dur deyək” səhifəsi tapılır. Amma səhifədə yazılıb ki, “bağışla, bu səhifə açılmır. Bu keçid ola bilsinki ya sındırılıb, ya da silinib”.