Facebook yenə siyasi reklamları qadağan etməkdən imtina etdi

Facebook sosial media şirkəti 2020-ci il prezident seçkiləri dövründə siyasi reklamları qadağan etməyəcəyini, faktları yoxlamayacağını və hədəfli siyasi reklamları məhdudlaşdırmayacağını açıqladıqdan sonra bəzi ictimai tənqidlərə məruz qalıb.​

Facebook-un bu qərarına qarşı çıxan etirazçılar cümə axşamı şirkətin Kaliforniyadakı qərargahının qarşısında aksiya keçirib.

Facebook bəyanat yayaraq bildirib ki, insanlar onlara rəhbərlik etmək istəyənlərdən xəbərdar olmalıdır. Onların söylədiklərini diqqətlə araşdırmalı və ictimai müzakirələr aparmağı bacarmalıdır.

Facebook-un əsas rəqibi Google siyasi reklamları məhdudlaşdırmağa qərar verib. Twitter isə bu tip reklamları açıq şəkildə qadağan edib. Reklamları məhdudlaşdırmaq yerinə Facebook istifadəçilərə nə qədər siyasi reklam gördüklərinə bir az daha çox nəzarət etmək imkanı yaradacaq və xüsusi siyasi reklamlardan ibarət onlayn kitabxanalar təqdim edəcək.

Sosial media şirkətləri 2016-cı il seçkilərində rusların minlərlə siyasi reklamı saxtalaşdırığını öyrəndikdən sonra amerikalılar arasında nifaq yaratmaq üçün səhv məlumatlarla mübarizə aparmağa çalışır.