Facebook yeni rəqəmsal müstəviyə keçir

Your browser doesn’t support HTML5

Facebook yeni rəqəmsal müstəviyə keçir

Facebook illərdir bildirir ki, dünyanın rəqəmsal meydanına çevrilmək istəyir. Facebook-un icraçı direktoru Mark Zukerberq rəqəmsal qonaq otağı kimi insanlar və qruplar arasında daha yaxın müstəvi yaradılmasını təklif edir. Şirkət San Diyeqoda keçirilən tədbirdə bu dəyişiklərin həyata tətbiqindən danışıb.

Facebook-un inkişaf konfransında Mark Zukerberq deyib ki, sosial media şirkəti rəqəmsal meydana keçməklə, daha özəl bir müstəvi yaratmaq istəyir.

"Rəqəmsal meydana keçməklə yanaşı, bizim qonaq otağı kimi rəqəmsal ekvivalentə ehtiyacımız var. Burada insanlar və qruplar özəl şəkildə mesajlaşa, bölüşdükləri məlumatların daimi saxlanmaması şərti ilə təhlükəsiz ödənişlər edə bilər, olduqları yerləri paylaşa bilər. Zamanla özəl təmaslara müxtəlif yollar əlavə ediləcək.”

Bir milyarddan çox istifadəçisi olan Facebook məlumat bazası və ekstrimal baxışlara görə tənqidlər altındadır.

Zukerberq deyib ki, Facebook tez böyüyən özəl mesaj sisteminə keçir. Bundan əlavə iki əsas xidməti-Instagram və Messenger-in şifrələnməsi nəzərdə tutulur. Bu yolla komminikasiyalar digərləri tərəfindən izlənə bilməz. Hətta Facebook vasitəsi ilə belə.

"Hər bir texnologiyanın inkişafına ehtiyac var. İnanıram ki, təhlükəsizlik ölçüləri ilə texnologiyalardan daim istifadə etmək olar" - deyə, Café Coop-dan Espe Vielma, bildirib.

"Şifrələnmə mənim üçün çox mühümdür. Biz istifadəçilərimizlə məhsullarımız, qiymətlərimiz və bu kimi məlumatların detallarını paylaşmaq üçün özəl kommunikasiya yaratmaq istəyirik" , Edgar Briseno deyib.

Zukerberqin dediyinə görə, o, Facebook-un dünyada yaxşılıq qüvvəsi olmasını istəyir. Elə bir yer ki, istifadəçilər rahatlıqla rəqəmsal meydandan özəl və ya ictimai qonaq otaqlarına keçə bilsin.

"Təkcə iri tədbirlər və ya sosial hərəkatlar nəzərdə tutulmur. Həm də gündəlik emosional dəstək, zaraftalaşmalar, ailə görüşləri də bu platformalarda keçirilə bilər."

Lakin Facebook-un dəyişiklərini istifadəçilərin neçə qarşılayacağı və şirkətin gələcəkdə mübahisələrdən necə uzaq dura biləcəyi bəlli deyil.