Avropa İttifaqı cümə günü bildirib ki, Facebook onlara Cambridge Analytica şirkətinin siyasi məqsədlər üçün 28 üzvlük blokdakı 2,7 milyon insanın məlumatını ələ keçirdiyini deyib.
Avropa İttifaqının sözçüsü Kristian Uiqand deyib ki, Aİ-nın ədliyyə komissarı Vera Jurova məsələni müzakirə etmək üçün gələn həftə Facebook-un əməliyyatlar departamentinin rəhbəri Şeril Sandberq ilə telefon söhbəti aparacaq.
Avropa İttifaqı və Facebook sosial media nəhənginin istifadəçilərin məlumatlarını qorumaq üçün nə etməli olduğunu və ABŞ şirkəti olan Faceboook-un Aİ-nın yeni məlumat qoruma qaydalarına necə əməl etməli olduğunu müəyyən edəcək.
Uiqand deyib ki, Avropa İttifaqını məlumat qoruma orqanları növbəti günlər ərzində Facebook istintaqına güclü koordinasiya edilmiş yanaşmanı müzakirə edəcəklər.
İtaliyanın rəqabət üzrə dövlət orqanı isə cümə günü Facebook-la bağlı ayrı istintaq başladıb. Buna səbəb sosial şəbəkənin istifadəçilərin icazəsi olmadan onların məlumatlarını satdığına dair ittihamların irəli sürülməsidir.
İdarənin sədri Ciovanni Pitruzzela SkyNews24 bildirib ki, istintaqda diqqət Facebook-un istifadəçilərin məlumatlarından pul əldə etdiyini bildirmədən, vebsaytın ana səhifəsində xidmətinin pulsuz olduğunu iddia etməsinə yönələcək.
Bu istintaq çərçivəsində İtaliyanın istehlakçı haqlarının müdafiə qrupu Codacons məlumatları Cambridge Analytica-nın əlinə keçən italiyalılar adından Facebook-a qarşı məhkəməyə müraciət edəcək. Codacons bildirib ki, Camridge Analyticaa applikasiyasını təkcə 57 italiyalı endirsə də, mümkündür təxminən 214 min italiyalının məlumatı onların əlinə keçib, çünki sistem elə quraşdırılıb ki, istifadəçilərin dostlarının da məlumatlarını əldə elə bilər.
Facebook-un gizlilik üzrə yüksək səviyyəli rəsmisinin bu ayın sonu İtaliyanın rəqabət üzrə dövlət orqanının başçısı ilə görüşəcək.