Facebook-a edilən son haker hücumu haqqında bilməli olduğunuz hər şey

Facebook cümə günü 50 milyon istifadəçisinin hesabına təsir edən haker hücumu haqqında açıqlama yayıb. Aylar ərzində buna bənzər daha öncəki hadisələrdən sonra istifadəçilərinin inamını bərpa etməyə çalışan sosial media nəhəngi üçün son hücum ciddi zərbə olub.

Haker hücumu zamanı 50 milyon istifadəçinin daxilolma məlumatlarının əldə edilməsi ilə yanaşı, şirkət ehtiyat səbəbilə daha 40 milyon istifadəçisini hesablarına yenidən daxil olmağa məcbur edib. Facebook hücumun səbəbini sosial şəbəkədə buraxılmış texniki boşluq olduğunu və həmin nöqsanın artıq həll edildiyini bildirib.

Biz sizin məlumatları qorumaq məsuliyyəti daşıyırıq və əgər bunu təmin edə bilmiriksə, o zaman sizə xidmət göstərməyə layiq deyilik.
Mark Zukerberq, Facebook-un rəhbəri, Mart, 2018

Sosial şəbəkə hakerlərin hər hansı şəxsi məlumat əldə etdiyini və ya əldə edilən məlumatı necəsə istifadə edildiyinə əmin deyil. Bu səbəbdən şirkət əlavə ehtiyat tədbirləri görmək qərarı verib. Nəticədə, Facebook istifadəçiləri hesablarına yenidən daxil olmaqla yanaşı, Instagram və digər tətbiqetmə ilə mövcud bağlantıları yenidən qurmaq məcburiyyətində olublar.

Cümə günü müxbirlərlə danşına şirkətin məhsul inkişafı üzrə vitse-prezidenti Qay Rozen, haker hücumunun geniş olduğunu və spesifik bir ərazini əhatə etmədiyini bildirib. Rozen əlavə edib ki, yeni faktlar əldə edilən kimi, ictimaiyyət məlumatlandırılacaq.

Diqqət seçkilərdə

Bu hücum ABŞ-da keçiriləcək konqres seçkilərindən bir neçə həftə öncə baş verib. Şirkət seçkilərə xüsusi diqqət ayırdığından, sonuncu haker hücumu əlavə narahatlıqlara səbəb olub.

Şirkətin 300-dən çox əməkdaşı hal-hazırda sosial şəbəkənin platformasını gözdən keçirərək, seçicilərə təsir edə biləcək saxta xəbərləri, saxta hesabları və xarici dövlətlərin maliyyələşdirdiyi dezinformasiya kampaniyalarını müəyyən etməyə çalışır. Facebook rəsmiləri 2016 seçkilərində bu məsələlərə kifayət qədər diqqət ayırdmadıqlarını, lakin yaxınlaşan seçkilərdə bu problemi həll edəcəklərini bildiriblər.

Əlavə olaraq, keçən il Facebook-un xarici tədqiqatçılara sosial şəbəkə istifadəçilərinin məlumatlarını ötürməsi xəbərləri şirkətin 2 milyard istidadəçisi ilə münasibətinə xələl gətirib. Nəticədə, şirkət Cambridge Analytica-nın əldə etdiyi məlumatlara görə istifadəçilərindən üzr istəyib.

“Biz sizin məlumatları qorumaq məsuliyyəti daşıyırıq və əgər bunu təmin edə bilmiriksə, o zaman sizə xidmət göstərməyə layiq deyilik.”- deyə, Facebook şirkətinin rəhbəri Mark Zukerberq mart ayında yaydığı bəyanatında bildirib.

“View As” funksiyası

Facebookbildirib ki, hakerlər “View As” funksiyasını istifadə edərək, təhlükəsizliyi qırmağa cəhd ediblər. Bu funksiya istifadəçilərə onların hesablarını digərlərə necə göründüyü görmək imkanı verir. Şirkət əlavə edib ki, hakerlər daha sonra, mövcud olan təhlükəsizlik boşluğundan istifadə edərək, daxilolma açarlarını oğurlamağa çalışıblar.

Electronic Frontier Foundation adlı rəqəmsal vətəndaş azadlığı təşkilatının tədqiqatlar direktoru Cinni Qebhart bildirib ki, “View As” funksiyası təhlükəsizliyin təmin edilməsi baxımından çox faydalıdır: “Bu funksiya sizin təhlükəsizlik seçimlərini yoxlamağa imkan verir. Həmin funksiya ilə siz dostlarınızın, və ya dostlarınızın dostlarının sizin hesabı necə gördüyünü yoxlayaraq, dəyişikliklər edə bilərsiniz.”

Lakin “View As” funksiyasını istifadə etməyiniz, sizin dostlarınızın təhlükəsizlik xüsusiyyətlərini həssas edir və hakerlər üçün imkan yaradır.

Sosial media təşkilatının bildirdiyinə görə, təhlükəsizlik boşluğu müşahidə edilən digər məqam istifadəçilərə “Ad günün mübarək” videolarını yüklmək imkanı verən funksiyadır.

Facebook-dan verilən məlumata görə, şirkət problemi tam həll edənə qədər “View As” funksiyasını yığışdırmaq qərarı verib.

Təhlükəsizlik məsləhəti

McAfee təhlükəsizlik şirkətinin rəhbərlərindən biri Qari Deyvis öz bloqunda şəxsi məlumatlarının digərlərin əlinə keçməsindən narahat olan istifadəçilərin atmalı olduğu addımları qeyd edib. Onlar arasında daxilolma məlumatlarının dəyişdirilməsi və Facebook tətbiqetməsini mümkün qədər tez yenilənməsi var.