İraqın neft naziri Təmer Qadban Exxon Mobil-in xarici işçilərini İradan çıxarımasını ciddi tənqid edib. O, şirkətə məktub ünvanlayaraq işçilərin geri qaytarılmasını istədiyini deyib.
"Çoxsaylı işçinin çıxarılmasının təhlükəsizlik vəziyyəti və İraqın cənubundakı neft yataqlarına dair təhlülkə ilə heç bir əlaqəsi yoxdur. Bu, yalnız siyasi motivlidir" - deyə, nazirin bəyanatında bildirilir.
ExxonMobil Yaxın Şərqdə gərginliyin artdığı vaxt İraqın cənubunda yerləşən Bəsra vilayətindəki neft yatağından xarici işçilərini təxliyə edib.
İraqın yüksək səviyyəli rəsmisi və üç başqa mənbənin Reuters-a verdiyi məlumata görə, işçilər cümə və şənbə səhər Dubaya və ya Bəsradakı yaşayış kompleksinə evaskuasiya edilib. İraqın neft rəsmisi də evakuasiya xəbərini təsdiq edib.
İraqın dövlətə məxsus Cənubi Neft Şirkətinin başçısı İhsan Əbdül Cabbar deyib ki, təxliyə “müvəqqəti ehtiyat tədbiridir” və təhlükənin olduğuna dair “heç bir işarə yoxdur”.
İranla ABŞ arasında artan gərginlik Yaxın Şərq regionunda potensial münaqişənin ola biləcəyinə dair narahatlıqlara səbəb olub.
ABŞ bu yaxınlarda ərazidəki hərbi mövcudluğunu gücləndirib və Tehrana qarşı iqtisadi sanksiyaları artırıb. ABŞ Tehranı Amerika qoşunlarına və ölkənin maraqlarına təhlükə törətməkdə günahlandırıb.
Vaşinqton İraqın paytaxtı Bağdaddakı səfirliyindəki bəzi işçiləri qonşu İrandan alınan təhdidlər səbəbilə ölkədən çıxarıb.
Evakuasiyanın neft hasilatına ciddi təsiri olmayıb. Cənub Neft Şirkətinin sahibi İhsan Əbdul Cabbar hasilatın eyni səviyyədə olduğunu deyib. O əlavə edib ki, hasilat gündəlik 440 min barrel səviyyəsini saxlayır.