Əvəz Zeynallını rüşvət tələb etməkdə ittiham edən keçmiş deputat Gülər Əhmədovanın özü dələduzluqda günahlandırılır. Jurnalist cinayət işi qaldırılan anda həbs edilib, amma keçmiş deputat azadlıqdadır
Oktyabrın 9-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətlə bağlı imza toplanışına başlanıb.
Media Mərkəzində kampaniyanın başlanmasına həsr olunmuş brifinqdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, istənilən vətəndaş müraciəti imzalaya bilər. İmza toplanışı Facebook, E-mail və çap versiyasında həyata keçirilir.
Müraciətin mətnində deyilir: “Cənab prezident,
Sizi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsinə və hüquqlarının bərpasına çağırırıq. Keçmiş deputat Gülər Əhmədovadan rüşvət istəmə ittihamı üzrə Ə.Zeynallını 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda G.Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevdən onun deputat seçilməsi üçün 1 mln. tələb etməsi barədə videosüjet bütün KİV-ə yayımlanıb.
Ə.Zeynallıya qarşı irəli sürülmüş ittihamın ləğvinin, ona dəyən maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsinin vaxtı çatıb”.
İmza toplanışı 10 gün davam edəcək, sonra sənəd prezidentə göndəriləcək.
Ə.Zeynallı keçmiş deputat Gülər Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. Belə ki, G.Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, redaktorun ondan pul tələb etdiyini bildirib.
Onun ərizəsi əsasında 2010-ci il oktyabrın 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə.Zeynallının barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb və elə həmin gün baş redaktor həbs edilib.
Hazırda G.Əhmədova özü korrupsiya subyektinə çevrilib. Ötən həftə o, iqtidarda olan “Yeni Azərbaycan” Partiyası sıralarından xaric edilib və deputat mandatından məhrum edilib. Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevi qanunsuz yolla parlamentə deputat seçdirmək üçün ondan külli miqdarda rüşvət aldığına görə Baş Prokurorluq fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq) ilə cinayət işi qaldırıb.