Prezident Administrasiyasının qarşısında aksiya olub

Prezident Administrasiyasının qarşısında aksiya

Azərbaycan Prezident Administrasiyasının qabağında aksiya keçirilib.

Musavat.com saytının məlumatına görə "Hayan" MMC tikinti şirkətindən narazı olan Azərbaycan vətəndaşları dövlətdən yardım istəyirlər. Narazı vətəndaşların şikayəti ondan ibarətdir ki, 9 ildir pul verib, ev aldıqları bina tikilmir. Üstəlik gələcəkdə tikiləcək binada hər mənzil bir neçə nəfərə satılıb.

Musavat.com şirkətin rəhbərinin ölkədən qaçdığı bildirir.