“Eurovision” müsabiqəsinin mətbuat konfransında qalmaqal

  • Amerikanın səsi

Azərbaycan İctimai Televiziyası “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalının qaliblərinin mətbuat konfransında birbaşa yayım zamanı açıq saxtalaşdırmaya yol verməkdən çəkinməyib.

Belə ki, “Röyter” agentliyinin müxbirinin isveçli müğənni Lorinə sualı Azərbaycan dilinə düzgün tərcümə olunmayıb. Jurnalist Lorindən Azərbaycan müxalifətinin nümayəndələri ilə görüşünü şərh etməsini xahiş edib. Lakin sual elə tərcümə olunub ki, guya müğənnidən səhnədə özünü necə hiss etməsi soruşulub.

Mətbuat konfransının yerli aparıcısı da müdaxilə edərək qeyd edib ki, Lorin bu suala necə istəsə cavab verə bilər, bu onun hüququdur, lakin burada hamının əhval-ruhiyyəsi yaxşıdır və yəqin ki, siyasətdən danışmağa dəyməz.

Müğənni isə suala özünəməxsus cavab verərək deyib, sanki iki Lorin mövcuddur və hazırda o, yalnız səhnədəki çıxışı haqda danışmaq, öz əhval-ruhiyyəsini paylaşmaq istəyir.