“Eurovision 2015”-də Azərbaycanı Elnur Hüseynov təmsil edəcək

Elnur Hüseynov

Bu il Eurovision mahnı yarışmasında Azərbaycanı Elnur Hüseynov təmsil edəcək.

Bu barədə "Eurovision"un rəsmi saytı məlumat verir.

Avstriyanın paytaxtı Vyanada keçiriləcək yarışmada Elnur Hüseynov “Hour Of The Wolf” balladası ilə çıxış edəcək.

Bu, Elnur Hüseynov Eurovision müsabiqəsində ilk iştirakı deyil. O, Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində ilk dəfə 2008-ci ildə təmils edib. Bu yarışmada Elnur Hüseynov Samir Cavadzadə ilə dueti ifaə edirdi.

Elnur Hüseynov “O səs Türkiyə” yarışmasına qatılması və birincilik əldə etməsi ilə yenidən Azərbaycanda gündəmə gəlib.

Eurovision mahnı müsabiqəsində 2009-cu ildə Azərbaycanı təmsil edən Aysel və Araş dueti 3-cü yeri tutub.

2010-cu ildə Azərbaycanı təmsil edən Safura Əlizadə yarışmanı 5-ci olaraq başa vurub.

2011-ci ildə Elnur və Nigar dueti ilə Azərbaycan ilk dəfə yarışmada birincilik qazanıb.

2012-13-cü illərdə Azərbaycan təmsilçiləri yarışmanı ilk onluqda başa vurublar.

Ötən il isə Dilarə Kazımovanın təmsilçiliyi ilə Azərbaycan 22-ci yerdə qərarlaşıb.​