Güclü istilik dalğası Avropada meşə yanğınlarına səbəb olub

Avropanın bəzi yerlərində temperatur Selsi ilə 45 dərəcədən yuxarı qalxıb. Çərşənbə günü minlərlə yanğınsöndürən Portuqaliya və İspaniyanın qərbində tüğyan və kəndləri təhdid edən 20-dən çox yanğınla mübarizəyə qalxıb.

Gironde prefekti Fabien Buçço yüzlərlə yanğınsöndürənin altı sudaşıyan təyyarənin dəstəyi ilə Fransanın cənub-qərbindəki iki meşədə yanğınla mübarizə apardığını və minlərlə turistin təxliyə edildiyini bildirib.

Portuqaliyanın indiyədək 3000 hektardan çox ərazinin yandığı Leyriya rayonunun rəsmiləri güclü küləyin yanğınsöndürənlərin alovu söndürməsini çətinləşdirdiyi üçün əsas avtomobil yollarını və yan küçələri bağlayıb. Portuqaliyanın paytaxtı Lissabonu Porto ilə birləşdirən ən mühüm magistral yolu da yanğınlara görə bağlanıb.

Təkcə Leyriyada 900-ə yaxın yanğınsöndürən üç aktiv yanğınla mübarizə aparıb. Ölkə boyu yanğınla mübarizədə 2841 yanğınsöndürən və 860 maşın iştirak edib.

Portuqaliyanın cənubunda, turistlərin məşhur Alqarve bölgəsinin Faro şəhərində baş verən yanğın lüks "Quinta do Lago" kurortuna yayılıb. İnternetdə paylaşılan videolarda alovların villalara yaxınlaşdığını, xurma ağaclarının və qolf meydançalarının yandığını görmək olub.

IPMA meteorologiya institutunun bildirdiyinə görə, Portuqaliyanın quraqlıqdan əziyyət çəkən təxminən yarısı cümə axşamı həddindən artıq isti şəraiti səbəbindən yüksək həyəcan vəziyyətində olacaq. Ən yüksək temperatur Santarem və Kastelo Branko rayonlarında gözlənilir.

Çərşənbə günü ən yüksək temperatur mərkəzi Lousa şəhərində, Seisi ilə 46,3 dərəcə qeydə alınıb ki, bu da 2003-cü ilin rekordundan bir dərəcə aşağıdır.

İspaniyanın Portuqaliya ilə həmsərhəd Ekstremaduranın Kastiliya və Leon bölgəsində yanğınsöndürənlər 4000 hektardan çox ərazini əhatə edən yanğınla mübarizə aparıb.

Ümumdünya Meteorologiya Təşkilatı çərşənbə axşamı Avropanın böyük hissələrinə yayılan istilik dalğasının gücləndiyi barədə xəbərdarlıq edib.