Avropa İttifaqının yüksək rütbəli rəsmiləri sabiq baş nazir Yulya Timoşenkonun həbsinə etiraz olaraq Ukraynada keçiriləcək mərasimdə iştirak etmək planlarını ləğv edib.
Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso bu gün elan edib ki, o, Avropa İttifaqının müvəkkili Vivian Redinq kimi hərəkət edəcək.
Vivian Redinq 2012-ci ildə iyun ayında Avropa futbol çempionatının açılışında iştirak etməyəcəyini deyib.
Almaniya kansleri Ancela Merkel 2012-ci ildə Ukraynada keçiriləcək Avropa futbol matçlarının hər birini boykot edəcəyi barədə xəbərdarlıq edib və nazirlərinin də eyni addımı atacağını gözlədiyini deyib.
Avropanın ən mühüm futbol çempionatı iyun ayının səkkizindən iyul ayının birinədək Polşa və Ukraynada keçiriləcək.
Bu gün Çexiya prezidenti Vatslav Klaus da may ayının 11 və 12-də Yaltada keçiriləcək Mərkəzi Avropa ölkə rəhbərlərinin zirvə görüşünə planlaşdırılan səfərini ləğv edib.
Cənab Klaus Almaniya prezidenti Yoahim Qaukdan sonra Ukraynada sammitdə iştirakdan imtina edən ikinci prezidentidir.