Avropa Ittifaqı rəsmi Belqradın Priştinanın müstəqilliyini tanımaqdan imtina etməsi nəticəsində yaranmış narahatlıqları azaltmaq məqsədilə Serbiya və Kosovo arasında əldə edilmiş razılaşmanın şərtlərini tez zamanda icra etməyə çağırır.
Pakt kosovoluların ilk dəfə olaraq Serbiyaya Kosovo sənədləri ilə keçməsinə imkan verəcək. Bundan əlavə, razılaşma Serbiyanın Kosovodan mülki vətəndaşların sənədlərini yoxlaması ilə əlaqədar yaranmış problemlərin ünvanlanmasını və təhsil sahəsində diplomların qarşılıqlı şəkildə tanınmasını nəzərdə tutur.
Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Aşton həftə sonu əldə edilmiş razılığı alqışlayıb. Onun sözlərinə görə, razılaşma Serbiya və Kosovonu Avropa İttifaqına yaxınlaşdırır.