Avropa İttifaqı: Rusiyadan qazın çatdırılmasının bərpa olunmayacağına hazır olmalıyıq

Avropa Komissiyası Rusiyanın "Şimal axını 1" qaz kəməri ilə Avropaya qaz tədarükü ilə bağlı istənilən ssenariyə, o cümlədən qaz kəmərinin təmirinin başa çatmalı olduğu cümə axşamı günü tədarükün bərpa olunmayacağı ehtimalına hazırlaşır.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi çərşənbə axşamı mətbuat üçün brifinqdə bildirib.

"Biz bütün mümkün ssenarilər üzərində işləyirik və fövqəladə halları planlaşdırılma zamanı nəzərə almalı olduğumuz ssenarilərdən biri təchizatın bərpa olunmaması ehtimalıdır" – deyə, Avropa Komissiyasının sözçüsü bildirib.

Daha əvvəl Wall Street Journal qəzeti komissiyanın büdcə məsələləri üzrə nümayəndəsi Yohannes Hahna istinadən Avropa Komissiyasının "Şimal axını 1"-in illik 10 günlük texniki xidmətdən sonra fəaliyyətini bərpa edəcəyini gözləmədiyi haqda məlumat verib.

"Biz onun xidmətə qayıtmayacağı ehtimalı ilə işləyirik,", qəzetin verdiyi məlumata əsasən, Xan Sinqapurda jurnalistlərə bildirib.

Bu şərhlərlə bağlı sualı cavablandıran sözçü deyib ki, Avropa Komissiyası bu qış Rusiya qazının tədarükünün tamamilə dayandırıla biləcəyini nəzərə alaraq gözlənilməz hadisələrə hazırlaşır.

"Biz güman edirik ki, Qazprom artıq Avropaya qaz tədarük etməyəcək... və mümkün olan ən pis ssenari əsasında qışa hazırlaşaırıq," o deyib.

Çərşənbə günü Avropa Komissiyası Aİ-nin qaza tələbatın ixtisarı üzrə planlarını dərc edəcək, belə ki, Brüssel Rusiya qazının tədarükünün daha da azaldılmasına hazırlaşır və qışdan əvvəl qaz anbarlarını doldurmağa çalışır.

Aİ-nin Reuters agentliyinin tanış olduğu planın layihəsi ölkələrə qaz istehlakını azaltmaq və digər yanacağa keçmək üçün şirkətlərə maliyyə stimulları yaratmağı təklif edir.

Aİ nümayəndələri bildiriblər ki, Komissiya ölkələr üçün qaz istehlakını azaltmaq üçün hədəflər müəyyən etməyi də nəzərdən keçirir, lakin bu hədəflərin icbari və ya könüllü olacağı ilə bağlı müzakirələr hələ də davam edir.

Bazar ertəsi Reuters agentliyinin məlumatına görə, Rusiyanın "Qazprom" şirkəti Avropadakı müştərilərinə "fövqəladə" vəziyyətlərə görə qaz tədarükünə zəmanət verə bilməyəcəyini bildirib. Bu, Moskvanın cümə axşamı "Şimal axını 1" qaz kəmərini bərpa etməyəcəyi ilə bağlı qorxuların artmasına səbəb olub.