Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Vargeliyin bildirib ki, HƏMAS-ın İsrailə hücumu səbəbindən Fələstinə edilən bütün yardımlar dayandırılacaq.
"İsrailə və onun xalqına qarşı terror və vəhşiliyin miqyası dönüş nöqtəsinə oldu. Fələstinlilərin ən böyük donoru olan Avropa Komissiyası 691 milyon avroluq inkişafa yardım paketini nəzərdən keçirməyə başlayır. Bütün ödənişlər dayandırılacaq" - deyə, Avropa İttifaqının komissarı X sosial şəbəkəsində yazıb.
Vargeliy aydınlaşdırıb ki, söhbət bütün cari ödənişlərin və 2023-cü il üçün yeni büdcə təkliflərinin dayandırılmasından, həmçinin Fələstinlə birgə layihələrin dondurulmasından gedir.
Daha öncə, oktyabrın 9-da Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Vyananın Qəzzaya ümumilikdə 19 milyon avroya yaxın yardımının dayandırdığını bildirib.
Şallenberq "Terrorun miqyası o qədər dəhşətlidir ki, normal işə qayıda bilmirik. Buna görə də, hazırda Avstriyanın inkişaf əməkdaşlığı vasitəsilə edilən bütün ödənişləri dondururuq" deyib.
HƏMAS-ın İsrailə hücumu fonunda Almaniya hökumətinin Fələstinə yardımı yenidən nəzərdən keçirəcəyi bazar günü, oktyabrın 8-də Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şults tərəfindən açıqlanıb. Onun sözlərinə görə, Berlin Qəzzaya yardımı birbaşa deyil, ikitərəfli layihələrə və BMT-nin Fələstin məsələləri üzrə agentliyi vasitəsilə ötürür. Bu, Qəzza Zolağı yaxınlığında musiqi festivalında olan Almaniya vətəndaşının HƏMAS terrorçuları tərəfindən öldürülməsindən sonra edilib.
Şults həmçinin qeyd edib ki, Almaniya daha öncə "fələstinlilərə yardımın terrorçulara deyil, sülhə xidmət etdiyinə" əmin olmaq üçün lazımi tədbirləri görüb. Lakin o, HƏMAS-ın İsrailə hücumu səbəbindən ölkəsinin öhdəliklərinə yenidən nəzər salacağına qərar verdiyini bildirib.
Oktyabrın 7-də İsrail Qəzza Zolağından genişmiqyaslı raket hücumlarına məruz qalıb. HƏMAS militantları ölkəyə daxil olub. Girovların götürüldüyü barədə məlumatlar var. Oktyabrın 9-u səhər saatlarına olan məlumata görə, azı 700 İsrail vətəndaşı ölüb, 2 mindən çoxu isə yaralanıb. Əl-Cəzirə telekanalının məlumatına görə, Fələstində 400-dən çox insan ölüb.