Aİ Ukraynaya əlavə 500 milyon avroluq silah yardımını təsdiqləyib

Avropa İttifaqı Ukraynanı silah və avadanlıqla təmin etmək üçün 500 milyon avro dəyərində yardımı təsdiq edib. Bu barədə iyulun 22-də Avropa Şurası məlumat verib.

Avropa Şurasının Prezidenti Şarl Mişel bu həftənin əvvəlində Aİ-nin yardım etmək niyyətini elan etmişdi.

Bu pulun, demək olar, hamısı, yəni 490 milyon avro silah və sursat üçün nəzərdə tutulub. Geri qalan 10 milyon avro qorucunu avadanlıq, yanacaq və tibbi ləvaizmatlara xərclənəcək.

Şura ilk 500 milyon avroluq yardım paketini fevral ayında elan edib, onun ardından isə mart, aprel və may aylarında əlavə üç paketi təsdiqləyib. İyulun 22-də təsdiq olunan yardım paketi ilə birlikdə ümumi məbləğ 2.5 milyard avroya çatır.

Bu pullar Aİ-nin tərəfdaş ölkələrdə silahlı qüvvələri gücləndirmək üçün istifadə olunacaq maliyyə vasitəsi olan Avropa Sülh Fondundan gəlir.

Almaniyanın müdafiə naziri Kristin Lambrektin sözlərinə görə, Almaniya xərclərin təxminən dörddə birini qarşılayır.