Azərbaycan veb səhifələrinə istinadən, noyabrın 4-də İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınmış və hazırda Təbriz Ettelaat həbsxanasında saxlanılan mədəni fəallar Hüseyn Əli Məhəmmədi və Taha Kirmaninin nəzarət müddəti daha 10 gün uzadılıb.
“Suallarımıza cavab verənədək sorğu-sual davam edəcək, nəzarətdə qalacaqlar,”-deyə təhlükəsizlik qurumu məhbusların ailəsinə bildirib. Bu xüsusda Oyan News saytı məlumat yayıb.
Fəalların vəkillə təmin edilmədiklərini qeyd edən Oyan News onların sorğu-sual müddətində işgəncəyə məruz qalma ehtimalının yüksək olduğunu vurğulayıb.
Həmçinin, sentyabr ayında Hüseyn Əli Məhəmmədinin Tıraxtur komandasının matçı zamanı Təbriz stadionunda tutulduğu və təhlükəsizlik məmurları tərəfindən ağır şəkildə döyülərək işgəncəyə məruz qaldığı bildirilmişdi.
İki fəalın hansı səbəblər üzündən tutulduqları ilə bağlı dəqiq məlumat yoxdur, ancaq yayılan məlumata istinadən onların Tıraxtur (Traktorsazi) komandası və Urmiyə Gölü ilə bağlı fəaliyyətləri üçün həbs edildikləri təxmin edilir.
Almaniyanın ən çox satılan bazar günü nəşri kimi tanınan Bild am Sonntag qəzetinin yazarı Marcus Hellwig ötən bazar günü yazdığı köşə yazısında Hüseyn Əli Məhəmmədinin həbs xəbərinə toxunub. Helving təbrizli fəalın Urmiyə gölünü qorumaq uğrunda apardığı fəaliyyətləri ilə bağlı həbs edildiyini yazıb.
Marcus Hellwig özü də 2010-cu ilin oktyabrında daşqalaq cəzasına məhkum olmuş Səkinə Məhəmmədinin vəziyyətini araşdırmaq məqsədi ilə Təbrizə səfər etdiyi zaman başqa bir əməkdaşı ilə birlikdə İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. Almaniyalı jurnalistlər 2011-ci ilin fevralında sərbəst buraxılmışdı.