Badamdar-20-ci sahə yolundakı sürüşmə davam edir. Bu gün Bayıl yamacında (Bibiheybət məscidinin yaxınlığı) daha bir sürşmə qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə Badamdar-20-ci sahə yolundakı sürüşmə zonasında yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib. Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.
Report agentliyinin məlumatına görə isə Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub.