Ağ Ev rəsmisinin bildirdiyinə görə, Pentaqonun sabiq rəhbərinin müavini Eşton Karter ABŞ-ın müdafiə naziri vəzifəsinə nominasiya ediləcək. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, prezident Barak Obama fizik, yüksək texnoloji silahlar üzrə ekspert Karterin nominasiyasını bu gün irəli sürəcək.
Karter 2011-2013-ci illər ərzində Pentaqon rəhbərinin müavini vəzifəsində çalışıb. O, hər iki partiyanın dəstəyini əldə etdiyinə görə mənuniyyətini dilə gətirib.
Konqresdə təsdiq edildiyi təqdirdə Karter ötən ay iki il vəzifədə olduqdan sonra istefa verən Çak Heygeli əvəz edəcək.
Ağ Ev Heygelin təzyiqlər altında istefa verdiyini inkar etsə də, digər rəsmilər bunun həqiqətə uyğun olduğunu bildirib.
Eşton Karter müdafiə naziri vəzifəsi üçün nəzərdə tutulan daxili təhlükəsizlik naziri Ceh Conson, senator Cek Rid və Pentaqonun sabiq rəsmisi Mişel Flornoyun daxil olduğu siyahıda öndə gedir.