Eşton Karter ABŞ-ın yeni müdafiə naziri kimi and içib

Eşton Karter prezident Obamanın altı illik hakimiyyəti dövrü dördüncü müdafiə naziri kimi and içib. 60 yaşlı Eşton Karter ABŞ-ın müdafiə naziri vəzifəsində Çak Heygeli əvəz edir.

Vaşinqtonda soyuq hava şəraiti ilə bağlı federal hökumətin bağlı olduğu gün yeni müdafiə nazirinin andiçmə mərasimi Ağ Evdə vitse-prezident Co Baydenin iştirakı ilə keçirilib.

Müdafiə nazirliyinin yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Eşton Karterin verdiyi əsas mesaj bundan ibarətdir: “indi ölkənin yeni imkanlardan istifadə etməsi vaxtıdır.” Pentaqon rəsmisi bidirib ki, dünya böyu təlatümlü hadisələrə baxmayaraq, yeni müdafiə naziri ölkənin qorumaq üçün ciddi qərarlar verməyə və hərbi xidmətdə olanları müdafiə etməyə hazırdır.

Eşton Karter bu gün müdafiə nazirinin müavini Bob Vork, ordu, dəniz donanması və hava qüvvələrinin komandirləri və Birgə Qərargahlar rəisi general Martin Dempsi də daxil olmaqla Pentaqon rəsmiləri ilə görüşlər keçirib.

Bu gün ərzində yeni müdafiə nazirinin president Obama ilə görüşü planlaşdırılıb.