Hər iki əsgərin ayağı amputasiya edilib
Noyabrın 21-də səhər saatlarında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində Azərbaycan Ordusunun iki əsgəri minaya düşüb.
Belə ki, əsgərlər Cəmil Məmmədov və Çingizxan Cərrasov minaya düşüb və ağır durumda hərbi hospitala yerləşdirilib. Hər iki əsgərin bir ayağı amputasiya edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərlərin minaya düşməsi faktını təsdiqləyib.
Bir neçə gün əvvəl də Azərbaycan Ordusunun bir əsgəri cəbhənin Xocavənd istiqamətində minaya düşərək həlak olub.