Əsgər hospitala yerləşdirilib, vəziyyəti stabil-ağırdır
Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun əsgəri minaya düşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildirib ki, əsgər Mahir Zərbiyev minanın partlaması nəticəsində ağır yaralanıb. O, hospitala yerləşdirilib, vəziyyəti stabil ağırdır.
M. Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan hərbi xidmətə çağırılıb.