Faktla bağlı cinayət işi başlanıb
Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən hərbi hissəsində zabit hərbçi yoldaşına atəş açıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki tabel silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb.
Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib. Güllə yarası alan zabit hospitala yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq araşdırma aparır.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə bu ilin yanvarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 7 nəfər təşkil edib. Ötən müddətdə 11 nəfər yaralanıb və ya xəsarət alıb.