Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır
Müdafiə Nazirliyi Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Orucovun döyüş şəraitində həlak olmasını təkzib edir.
Müdafiə Nazirliyi bildirib ki, əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.