Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
Noyabrın 20-də Ermənistan silahlı bölmələri atəşkəsi pozub. Nəticədə Silahlı Qüvvələrin əsgəri Rüstəm Əzizov həlak olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı Rüstəm Əzizov Astara rayonundan hərbi xidmətə çağırılıb.
"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə 2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. Ötən müddətdə 115 nəfər yaralanıb və ya xəsarət alıb.