Orduda 2 insident - 1 ölü, 2 yaralı

Avtomat

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgərləri - Elmirad Qurbanəlizadə və Asim Quliyev yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, güllə yarası alan əsgərlər hospitala yerləşdiriliblər.

Eyni zamanda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Afiyəddin Cavadov silahla təhlükəsizlik qaydalarını pozması nəticəsində əsgər yoldaşı Nicat Hacızadəni öldürüb.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi (JHAM) 2014-cü ilin I rübündə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri barədə hesabat yayıb.

Sənədə görə bu müddət ərzində 17 nəfər dünyasını dəyişib, 25 nəfər yaralanıb və ya xəsarət alıb. Bu itkilərdən yalnız 5-i döyüş, 12-si isə qeyri-döyüş itkiləridir.