Ermənistanda erkən parlament seçkiləri keçirilir

Ermənistanda bazar günü erkən parlament seçkiləri keçirilir.

Aprelin 25-dən bəri baş nazir vəzifəsini icra edən Mülki Müqavilə partiyasından islahatçı Nikol Paşinyan mandatını qorumaq üçün erkən seçkilərin keçirilməsinə çağırıb. Lakin o, Ermənistan Alyansı partiyasından 66 yaşlı keçmiş prezident Robert Koçaryan tərəfindən böyük rəqabətlə üzləşir.

Səsverməyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri nəzarət edir. Bundan əlavə Rusiya da seçkiləri yaxından izləyir.

46 yaşlı Paşinyanın noyabr ayında iki ölkə arasında 6500-dən çox insanın ölümü ilə nəticələnən və altı həftə davam edən döyüşlərdən sonra Moskvanın vasitəçilik etdiyi sülh bəyanatını imzalaması ictimai səs-küyə səbəb olmuşdu.

Atəşkəs razılığına əsasən Ermənistan qüvvələri Ağdam, Kəlbəcər və Laçından geri çəkiliblər. Erməni separatçıları Azərbaycan tərəfindən geri alınan Dağlıq Qarabağın bəzi hissələrindən, o cümlədən Şuşadan geri çəkiliblər.

Bəyanatın əsas müddəası Ermənistan qüvvələrinin geri çəkilməsinə, əraziyə dərhal Rusiya sülhməramlılarının yerləşdirilməsinə çağırırdı. Buna etiraz olaraq minlərlə erməni paytaxt Yerevanın küçələrinə axışaraq Paşinyanı onların milli maraqlarına xəyanət olaraq gördükləri atəşkəs bəyanatını imzaladığna görə istefa verməyə çağırıblar.

Səsvermə yerli vaxtla bazar günü axşam saat 8-də başa çatır.