Ermənistan vətəndaşı dəmiryol xəttinin yaxınlığında saxlanıb. Onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib
Azərbaycanın Tovuz rayonunda (Bakıdan 440 kilometr qərb) cəbhənin təmas xəttini keçən 20-22 yaşlı Ermənistan vətəndaşı saxlanıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.
Onun sözlərinə görə. Saxlanan şəxsin mülki, yoxsa hərbiçi olduğu hələ bilinmir. Komissiya katibi deyib ki, Ermənistan vətəndaşı Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb. Həmin şəxs artıq Bakıya gətirilir və yalnız erməni dilini bildiyi üçün martın 8-də dindiriləcək.