Erkin Qədirli: "Kütlənin keyfiyyəti əvvəlkilərdən xeyli yüksək idi!"

"Bu aksiyanı çox yüksək dəyərləndirirəm. Bu, məhz vətəndaş təşəbbüsü oldu. Hər hansı bir siyasi partiyanın təşəbbüsü deyildi. Ona görə, orada toplaşan insanların kimliyi, onların hansı çevrələrdən olmaları çox maraqlı idi. Orada tanıdıqlarım arasında uğurlu kiçik sahibkarlar, şirkətlərdə, ofislərdə işləyən və çox yüksək maaş alan adamlar, kiçik rütbəli məmurlar var idi. Yəni kütlənin keyfiyyəti əvvəlkilərdən xeyli fərqli idi, bu sözü işlətmək istəməzdim, amma deməliyəm, hətta yüksək idi!". Bu sözləri bu gün Fəvvarələr meydanında "Əsgər ölümlərinə SON!" aksiyasına münasibət bildirərkən REAL Hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli deyib.

Aksiyada çox saylı insanın iştirak etməsini isə cənab Qədirli belə izah edir: "Övladı öldürülmüş bir ananın dünənki sözləri deməsindən sonra hər kəs də bir ikrah yarandı. Hərənin öz səbəbi var idi".

Oxşar aksiyaların keçiriləcəyi təqdirdə, özü də daxil olmaqla, bugünkü aksiyadakı yeni simaların iştirak edəcəyini də istisna etməyib.

Onun sözlərinə görə, bu gün nəinki iştirakçılar, hətta polislər də mədəni davrandılar. Erkin Qədirli müsahibə zamanı polislərin zorakılıqlardan istifadə etməməsinin səbəblərinə də aydınlıq gətirib:

Your browser doesn’t support HTML5

Erkin Qədirli ilə "Əsgər Ölümlərinə Son" aksiyası ilə bağlı müsahibə