Erkən doğuşa səbəb olan genlər [Video]

Your browser doesn’t support HTML5

Beynəlxalq tədqiqatçılardan ibarət komanda ilk dəfə olaraq hamiməlik müddətini və uşağın vaxtından əvvəl doğulub-doğulmayacağını müəyyən edən altı gen aşkar edib. Vaxtından əvvəl doğuş uşaq ölümü və əlilliyin ən əsas səbəblərindəndir. İndi isə artıq belə görünür, alimlər vaxtından əvvəl doğuşun qarşısını almaq üçün vacib olan bəzi məlumatlara sahibdirlər.

Hər il dünya boyu 15 milyon körpə vaxtından əvvəl dünyaya gəlir. Onların kiçik ağciyərləri nəfəs almaqda çətinlik çəkir və bu səbəbdən onların çoxu dünyasını dəyişir. Sağ qalanlar isə ömürləri boyu erkən doğuşla əlaqəli problemərin təsirinə məruz qalır.

İndi isə alimlər, nəhayət ki, bu mürəkkəb xəstəliyin səbəblərini anlamağa yardım edəcək bəzi məlumatlar əldə edib.

İndiyədək aparılmış ən böyük DNT analizində bir qrup tədqiqatçı 50 min hamilə qadının genetik quruluşuna nəzər salıb. Onlar uşağın ana bətnində nə qədər qalacağını müəyyən edən altı gen aşkar ediblər.

“Biz ilk dəfə olaraq qadının erkən doğuş riskini anlamağa yardım edəcək ipuclar əldə etdik”, Dr. Muqlia bildirir.

Dr. Muqlia deyir ki, alimlər uzun zamandır vaxtından əvvəl doğuşa bir sıra genetik və ətraf mühit faktorlarının səbəb olduğunu bilirdi. Yenicə aşkar olunan genlərdən biri isə bədənin torpaq, dəniz məhsulları və ətlərdə tapılan selen mineralını necə istifadə etdiyini müəyyən edir. Bir başqa tapıntı da odur ki, ananın uşaqlığındakı hüceyrələr hamiləlik müddətinin müəyən etməkdə gözləndiyindən daha böyük rol oyanyır.

Bu araşdırma doğuş zamanını müəyyən edən genlərin anadan gəldiyini göstərib.

Biz ilk dəfədir ki, anada erkən doğuşa səbəb olan toxumalar barədə bilik əldə etdik.
Dr. Muqlia

“Biz ilk dəfədir ki, anada erkən doğuşa səbəb olan toxumalar barədə bilik əldə etdik”, Dr. Muqlia deyir.

Araşdırmanın maliyyəşdirilməsinə yardım göstərən March of Dinmes adlı qeyri-kommersiya təşkilatı araşdırma nəticələrini alqışlayıb.

“Biz düşünür ki, bu, erkən doğuşlara son qoyacaq həll yolları tapmaq yolunda böyük irəliləyişdir. Vaxtından əvvəl doğuş 0-5 yaşları arasında uşaqların ölümünün eləcə də körpələrin əlil qalmalarının əsas səbəbidir. “

Araşdırma erkən doğuşun qarşısını almaq üçün heç bir həll yolu göstərmir, amma tapıntılar xəstələyin qarşısını almağın yeni yollarının tapılmasına gətirib çıxara bilər.

Tədqiqatçılar sadəcə Avropa mənşəli qadınlar üzərində test keçirib. ABŞ tədqiqatçıları öz tapıntılarını Finlandiya, Danimarka və Norveçdə aparılan üç ayrı araşdırmanın nəticələri ilə müqayisə edib. Onların araşdırma nəticələri də həmin altı genə işarə edib. Növbəti addım isə araşdıramaya digər irqlər və etnik mənsubiyyətli qadınları daxil etməkdir.