Politoloq ABŞ-la Azərbaycan arasında son münasibətləri şərh edib
"ABŞ Dövlət Departamentinin prezident seçkiiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki monitorinq missiyasının bəyanatına istinad etməsi rəsmi Bakıda çox ciddi təlaş yaradıb". Bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Azərbaycan rəsmiləri ilə ABŞ-ın Azərbaycandakı səfiri arasında son anlaşılmazlıqları şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, bunu ATƏT-in Bakıdakı konfransında baş verənlər və dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin danışması sübut edir. "Səfirin adının hallanmasına gəldikdə isə, bu, bəlli texnologiyadır. Yəni nə gəldi qara yax, böhtan yax, yalan danış, nəyəsə inanacaqlar".
Səfirin səs yazısının olması barədə Müdafiə Nazirliyinin açıqlamasına münasibət bildirən Ərəstun Oruclu deyib ki, belə bir səs yazısı mövcuddursa onun səsləndirilməsi daha yaxşı olardı.
Politoloq təkzibə sərt reaksiysıanı belə izah edib: "2003-cü ildə prezident seçkilərində İlham Əliyevlə İsa Qəmbər arasında çox mübahisəli məqamlar var idi. Lakin bütün bu mübahisələrə o zamanki ABŞ dövlət katibinin müavini Riçard Armitajın telefon zəngi son qoydu. Hətta belə bir zarafat mövcuddur ki, axırıncı səsi Riçard Armitaj verdi və İlham Əliyev qalib gəldi. Bu mesaj idi. Rəsmi Vaşinqton o zaman bildirdi ki, biz İlham Əliyevi Azərbaycanın prezidenti görmək istəyirik. Bu, təyinatı 2008-ci ildə də saxladılar. Amma görünür bu il artıq İlham Əliyevi yenidən prezident təyin etmək haqqında qərar olmayıb. Bu, sadəcə olaraq ondan irəli gəlir ki, Azərbaycan hakimiyyəti və onun başında dayanan İlham Əliyev dünyada bütün tərəfdaşlarını, sadə dildə desək, bezdirib. Buna səbəb onun qeyri-adekvat siyasəti, davranışları, öhdəliklərindən müxtəlif bəhanələrlə qaçması, hər bir şeyi alver predmetinə çevirməsi olub", deyə Ərəstun Oruclu Amerikanın Səsinə müsahibədə bildirib.

Your browser doesn’t support HTML5